RU

Bu yollarda diqqətli olun!

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən yaranmış sel sularının yollara və süni qurğulara vurduğu ziyanların aradan qaldırılması, yolun hərəkət hissəsinin palçıq, lil və qaya parçalarından təmizlənməsi istiqamətində işlər gücləndirilmiş rejimdə davam etdirilir.

Bu barədə Publika.az-a AAYDA-dan bildirilib.

Qeyd olunur ki, son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar nəticəsində bəzi avtomobil yollarında, eləcə də yol infrastrukturu elementlərində (körpülər, suötürücü qurğular və s.) müəyyən fəsadlar yaranıb.

Fəsadların qeydə alındığı ərazilərə dərhal Agentliyin əməkdaşları və xüsusi texnikalar cəlb olunur, operativ qaydada təmizləmə və bərpa işləri həyata keçirilir. Eyni zamanda, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə əlavə təhlükəsizlik tədbirləri görülür, zərurət yarandıqda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılır.

Избранный
7
8
publika.az

10Источники