Türkiyə dünyanın ən güclü pasportlarından birinə malikdir və 46-cı yerdədir. Lakin, bir vaxtlar baş verən maraqlı bir hadisə Yaponiyaya daxil olarkən 81 əyalətindən birindən olan vətəndaşlar üçün problemlər yaratmışdı.
NOCOMMENT.az xəbər verir ki, iddialara görə, həmin illərdə Türkiyənin Ordu şəhərində anadan olan vətəndaşlar Yaponiyaya daxil olarkən ciddi maneələrlə üzləşirdilər. Hətta bəziləri hava limanlarından geri qaytarılırdılar. Bəs, həqiqətən qadağa var idimi, yoxsa bu, sadəcə bir şəhər əfsanəsidirmi? İllərdir danışılan həmin hadisənin təfərrüatlarıbı təqdim edirik.
Şəxsiyyət vəsiqələrində doğum yeri bölməsində “Ordu” yazılmış Türkiyə vətəndaşlarının bir vaxtlar Yaponiyaya daxil olmaqda problem yaşayırdılar.
Qəribə səslənsə də, bəzən hətta doğulduğunuz yer belə səyahətləriniz üçün gözlənilməz bir maneəyə çevrilə bilər. Bu hekayənin mənşəyi 1989-cu ilə gedib çıxır.
Bəs niyə Yaponiya belə bir təcrübəni qəbul etmişdi?
İddialara görə, hər şey Ordudan Yaponiyaya gedən bir şəxslə başlayıb. “Ordudan Hayri Bəy” kimi tanınan bu şəxs 1980-ci illərin sonlarında Yaponiyaya gedərək, orada yeni bir həyat qurub. Əvvəlcə fərdi miqrasiya kimi görünən şey tədricən zəncirvari reaksiyaya çevrilib. Hayri Bəy Yaponiyada özünü təsdiqlədikdən sonra ailəsi, qohumları və həmvətənləri də eyni yolu izləyiblər.
Qısa müddətdə, xüsusən də Naqoya və bəzi digər şəhərlərdə əhəmiyyətli bir türk əhalisi formalaşıb.
Lakin bu yüksək miqrant həcmi Yaponiya üçün fərqli bir problem yaradıb.
O dövrdə Yaponiyaya gedən bəzi şəxslər vizalarının müddətini keçərək ölkədə qanunsuz olaraq qalmış və bu da hakimiyyət orqanlarının diqqətini çəkmişdi. Artan qeyri-qanuni miqrasiya səbəbindən Yaponiya hökuməti Türkiyədən gələn sərnişinlərə daha sərt nəzarət tətbiq etməyə başladı. Miqrasiya nisbətinin yüksək olduğu bölgələrdən gələn şəxslər hava limanlarında daha ətraflı sorğu-sual edildi.
1995-ci ildən sonra tətbiq edilən bu sərt nəzarətlər texnologiyanın inkişafı və immiqrasiya siyasətinin yenilənməsi ilə tədricən təsirini itirdi.
Yaponiya 2000-ci illərdə sərhəd təhlükəsizlik sistemlərini modernləşdirdikcə bu cür təcrübələrə əsasən son qoyuldu.
Bu gün vəziyyət olduqca sadədir: Orduda doğulmaq Yaponiyaya girmək üçün maneə deyil. Türkiyə vətəndaşları lazımi şərtlərə cavab verdikləri müddətcə Yaponiyaya vizasız səyahət edə bilərlər./Sfera.az/