RU

Tramp pilotların xilasından danışdı: Hamı razı deyildi...

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Bəzi amerikalı hərbçilər "F-15E Strike Eagle” təyyarəsinin İran ərazisi üzərində vurulmasından sonra pilotların xilasetmə əməliyyatının keçirilməsinə qarşı çıxıblar.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“Hamı razı deyildi. Çox peşəkar hərbçilər var idi ki, bunu etməməyi üstün tuturdular. Bu iki nəfər isə əməliyyatın keçirilməsini tam dəstəkləyirdi və bu çox vacib idi”, – deyə Tramp ABŞ-ın hərbi naziri Pit Heqset və Silahlı Qüvvələrin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyni nəzərdə tutaraq deyib.

“Bəzi hərbçilər deyirdilər ki, belə şey edilmir. Çox güclü ordunun tam mərkəzinə getmək olmaz”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ vurulan F-15 təyyarəsinin ikinci pilotunu xilas etmək üçün İranda əməliyyat keçirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
38
axar.az

1Источники