RU

Atası Bəhlulla bağlı sevindirici xəbəri açıqladı

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadənin Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la keçirilən oyun zamanı zədələndiyindən, budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problemə görə əməliyyat olunduğundan xəbərdarsız.Xatırladaq ki, müdafiəçinin atası Ələmdar Mustafayev saytımıza açıqlamasında Bəhlulun sağlamlığını bərpa etməkdə olduğunu, başqa sözlə, həkim nəzarəti altında müalicə aldığını, lakin bir müddətdi əsa ilə yeridiyini demişdi.Futbolçunun son durumunu öyrənmək məqsədilə yenidən Ələmdar bəylə əlaqə saxladıq. Onun "Football-plus.az"a cavabı:

"Bəhlul üçün mövsüm başa çatıb. Bu öz yerində. Amma durumu daha yaxşıdı. Zaman keçdikcə sağlamlığı düzəlir. Əsadan da xilas olub. Hazırda Bakıdadı və müalicə prosesi uğurla davam edir".

KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
1
icma.az

2Источники