RU

Xamenei: SEPAH kəşfiyyat rəhbərinin öldürülməsi ordunun dayanıqlığına təsir etməyəcək » AzadMedia.az

Xamenei:

İranın ali dini lideri Möctəba Xamenei bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat rəhbərinin öldürülməsi ölkə silahlı qüvvələrinin möhkəmliyini zəiflətməyəcək.

Onun sözlərinə görə, “ABŞ və sionist qüvvələr” son dövrlərdə uğursuzluqlarla üzləşdikdən sonra yenidən terror və sui-qəsd metodlarına əl atıblar.

“General Məcid Hadəmi, uzun illər ölkənin müdafiəsində iştirak edən şəxs, şəhidlik zirvəsinə ucalıb. Onun qətli İran Silahlı Qüvvələrinin iradəsini və dayanıqlığını sarsıda bilməz”, – deyə Xamenei vurğulayıb.

Qeyd edək ki, daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kəşfiyyat rəhbəri Məcid Hadəminin öldürüldüyünü təsdiqləyib. Hadisənin detalları barədə əlavə məlumat verilməyib

Избранный
17
1
azadmedia.az

2Источники