RU

Toyu yasa çevirən daş: Restoran sahibləri hansı halda məsuliyyət daşıyır?

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Göygöldə 64 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Hadisə rayonun şadlıq saraylarından birində baş verib. Belə ki, oğluna toy edən 1962-ci il təvəllüdlü Adil Huseynovun baş nahiyyəsinə aqlay daşı düşüb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla araşdırma başlanılıb. Hadisə cəmiyyətdə rezonans doğurub. Təhlükəsizlik qaydalarının pozulması məsələsi yenidən gündəmə gəlib. Belə hallarda restoran sahibi hansı şərtlər daxilində hüquqi məsuliyyət daşıyır?Hüquqşünas Şamil Paşayev Demokrat.az-a açıqlamasında bildirib ki, təhlükəsizlik mövzusuna toplum olaraq məsuliyyətsiz yanaşırıq:“Bunun səbəbi odur ki, təhlükəsizlik vərdişlərini biz bağçadan, məktəbdən, ailədən öyrənmirik. Digər tərəfdən, ölkəmizdə İslam dininə inanan insanlar çox vaxt hər şeyi Allaha həvalə edir, deyirlər ki, bu adamın vaxtı çatıb, əcəldən qaçmaq olmaz, bu gün ölməsəydi, başqa vaxt ölərdi. İnsanlar belə hallarla özlərinə təsəlli tapır və məsuliyyət hissini paylaşırlar. Amma bu məsələdə iki əsas məqamı nəzərə almaq lazımdır. Birincisi, hər bir şəxs məsuliyyətli olmalıdır. İkincisi isə binanı tikən və onun təhlükəsizliyinə cavabdeh olan qurum və şəxslər məsuliyyət daşıyır”.O qeyd edib ki, təhlükəsizlik qaydalarının pozulması ilə bağlı hadisənin mexanizmi dəqiqliklə araşdırılmalıdır:“Hadisə necə baş verib, hansı şərtlər altında olub, yağış, külək və ya digər amillər təsir göstərib? Binanın keyfiyyətsiz tikilməsi, təmirə dayandırılması və istifadə olunan avadanlıqların köhnə və ya yeni olması da nəzərə alınmalıdır. Bütün bunlar ekspertiza vasitəsilə müəyyənləşdirilməlidir. Əgər ölüm təhlükəsizlik qaydalarının pozulması ilə bağlıdırsa, məsul şəxs cəlb oluna bilər. Amma hadisə şəxsin öz təhlükəsizlik qaydalarını pozması nəticəsində baş veribsə, məsuliyyətə cəlb olunma söz mövzusu deyil. Hazırda hadisənin tam şəraiti yalnız ekspertiza nəticəsində bəlli olacaq”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
49
1
demokrat.az

2Источники