RU

Həyət evində yaşayanların nəzərinə!

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Havalar isinən kimi çox adamı gənə qorxusu sarır. Amma sən demə, bu bəladan qorunmağın yolu heç də hər yerə dərman səpmək deyilmiş. Təbiət özü bizə çıxış yolunu göstərir. Bağınızda, eyvanınızda əkdiyiniz adi lavanda və ya rozmarin gənələr üçün keçilməz səddə çevrilə bilər. Onların o məşhur ətri bizə nə qədər xoş gəlsə də, zərərvericilər üçün əsl "qara siyahı" deməkdir.Məsələ təkcə güllə-çiçəklə də bitmir. Alimlər maraqlı fakt tapıblar ki, gənələr qarışqa olan yerdən qaçırlar. Səbəb isə qarışqaların ifraz etdiyi xüsusi qoxudur. Yəni təbiətin öz daxili nizamı var və biz sadəcə bu nizamı düzgün oxumalıyıq.Bağda istirahət guşələrini düzgün bitkilərlə əhatə etmək sizi həm gənədən, həm də ağcaqanaddan xilas edə bilər.Təbii ki, bitkilərə güvənib arxayınlaşmaq olmaz. Çöldən, meşədən, bağdan gələndən sonra üst-başa göz gəzdirmək mütləqdir. Amma hər halda, kimyəvi maddələrin içində boğulmaqdansa, həyəti ətirli kollarla bəzəyib təbii müdafiə qurmaq daha məntiqli görünür. Sağlamlığımızı qorumağın ən sadə yolu bəzən elə ayağımızın altındakı yaşıllıqdan keçir.Aytən

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
demokrat.az

1Источники