RU

Fransada irqi ayrı seçkiliyə qarşı aksiyalar olacaq

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Paris, 6 aprel, AZƏRTAC

Cari il mayın 3-də Fransanın paytaxtı Parisdə irqi ayrı-seçkiliyə qarşı keçirilməsi planlaşdırılan aksiya bütün ölkəni əhatə edə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Saint-Denis şəhərinin yeni meri, sosialist Balli Bagayoko “ICI Paris” televiziyasına açıqlamasında bildirib.

O deyib ki, Saint-Denis şəhərində keçirilmiş aksiyadan sonra “Əyilməz Fransa” Partiyası Parisdə yeni çağırış edib.

“Ümid edirəm ki, digər idarələr də bu prosesə qoşulacaq. Bu universal mübarizədir və burada hər kəs öz məsuliyyətini dərk etməlidir”, – deyə o vurğulayıb.

Polisin məlumatına görə, Saint-Denis şəhərində keçirilən aksiyada təxminən 6000 nəfər iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
8
1
azertag.az

2Источники