RU

Konstitusiya Məhkəməsində Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüş keçirilib

Konstitusiya Məhkəməsində Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsindən xəbər verilib.

Bildirilib ki, KM sədri Fərhad Abdullayev Azərbaycan-Türkiyə qardaşlığının bir nümunə olduğunu vurğulayıb.

Görüşdə iki qardaş ölkə arasında sarsılmaz münasibətlər Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub. Böyük geosiyasi və iqtisadi potensiala malik dövlətlərimizin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq əməkdaşlığının inkişafının daha da gücləndirilməsinə yönəlib.

Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində uğurla inkişaf etdiyini vurğulayıb.

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk ikitərəfli əlaqələri yüksək qiymətləndirib, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib. Vurğulayıb ki, “Bir millət, iki dövlət” prinsipi əsasında qurulan əməkdaşlıq dövlət institutları arasında təcrübə mübadiləsi və qarşılıqlı dəstək baxımından mühüm əhəmiyyət kəsb edir.

Görüş zamanı konstitusiya ədalət mühakiməsinin rolu, hüquq sistemlərinin inkişafı, məhkəmə və prokurorluq institutları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər hüququn aliliyinin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması istiqamətində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər.

"Cebheinfo.az"

Избранный
6
13
cebheinfo.az

10Источники