RU

Nadir tapıntı savaşı: Supergüclər kosmosda döyüşə başlayır - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Çin və ABŞ Yer kürsəsində nadir tapılan “helium-3” elementini hasil etmək uğrunda rəqabət aparır.

“The New York Times” (NYT) qəzeti yazır ki, onilliklər sonra helium-3 termonüvə elektrik stansiyaları üçün ideal yanacağa çevrilə bilər.

ABŞ-nin Çini iki il qabaqlayaraq 2028-ci ilə qədər Aya qayıtmaq istədiyi də bildirilir.
Yer kürəsindən kənarda iki böyük gücün qarşılaşmasının dünyaya təsiri isə maraq doğurur.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan beynəlxalq münasibətlər üzrə siyasi şərhçi Əziz Əlibəyli bu mübarizənin güc balansını dəyişdirə biləcəyini söyləyib:

“Həm ABŞ “Artemis” proqramı ilə, həm Çin “change” misiyası ilə orada daimi baza qurmalara çalışırlar. 2030 hədəfi var. Belə görünür ki, kosmik qarşıdurmaya keçid olacaq və kosmik rəqabətin yeni dönəmi başlayır. Açığı, həm buna görə texnoloji üstünlük, həm də resurslara çıxış uğrunda mübarizədən söhbət gedir. 

Düşünürəm ki, Ayda baza qurmaq, beynəlxalq münasibətlərdə mütləq şəkildə yeni dinamika gətirəcək və də güc balansını mütləq dəyişdirəcək. 

Yeri gəlmişkən burada bu kosmik resurslara çıxış dövlətlərə imkan verəcək ki, o, müasir texnologiya ilə silahlarını “orbit”ə daşısın. Raketlər belə o yerin fazasına qalxır və hazırda Yerdə istifadə olunan atılan ballistik qitələrarası raketlərin belə bir xüsusiyyəti var. Amma bu proqramı Aya köçürsələr, təsəvvür edirsiniz, bu, artıq kosmik sferadakı təhlükəsizlik qayğılarını canlandıracaq”.

Ekspertin sözlərinə görə, “helium-3”ün hasilatı yaxın 10 ildə mümkün görünmür:

“Ayda milyonlarla ton təbii ehtiyat var. Bu “heliu-3” izotopları yerdə çox nadir tapılır. Çünki nüvəni əldə etmək üçün həmin o milyonlarla tona ehtiyac. Ayda isə bu yanacaq var, adına “füzion” deyirlər. Bunlar radioaktiv tullantə yaratmır. Və əsas məsələ budur ki, kəsilmir. Bərpaolunandır, kəsilən enerji deyil, dayanıqlı enerji növündədir. Yaxın 10 illikdə onun texniki cəhətdən hasilatı mümkün görünmür, amma gələcəkdə ola bilər”. 

Son olaraq Ə.Əlibəyli Aydakı resursların istifadəsinin beynəlxalq hüquq baxımından necə tənzimlənməsi mövzusuna da toxunub:

“Bu, hüquqi baxımdan çox önəmlidir, beynəlxalq hüquq ümumiyyətlə, bütün sahələri tənzimləyir. 1967-ci il kosmos müqaviləsi var. müqaviləyə görə, kosmos bütün bəşəriyyətin ümumi mülkiyyəti sayılır. Burada ərazi iddiası qadağandır. 

Bundan əlavə, 1979-cu ildə Ay müqaviləsi imzalanıb. Burada da Ayın resursları bütün bəşəriyyətin ortaq marağı hesab edilir. Amma həm Amerika, həm də Çin həmin müqaviləni ratifikasiya etməyib. Bu səbəbdən də Aydakı resursların orada komersial hasilatı dövlətləarası rəqabəti tənzimləmək üçün yetəli deyil. Belə problemlər mövcuddur”.

Billurə Yunus
 

Избранный
17
1
olke.az

2Источники