RU

Yari Litmanen 55 yaşında futbolçu karyerasını bərpa etdi

Finlandiya futbolunun canlı əfsanəsi Yari Litmanen 55 yaşında futbolçu karyerasını bərpa edib.

Fanat.Az xəbər verir ki, o, "Kalev"in 4-cü liqada mübarizə aparan 3-cü komandasında oynayacaq.

"Liverpul"un və Estoniya millisinin keçmiş müdafiəçisi Raqnar Klavana məxsus olan Tallin təmsilçisi məlumatı təsdiqləyib.

Litmanen hələ 2025-ci ilin oktyabrında oyunçu çatışmazlığı səbəbindən "Kalev"də bir neçə matça çıxmış, öz yeniyetmə oğulları ilə birlikdə top qovmuşdu.

Karyerası ərzində "Ayaks", "Barselona" və "Liverpul" kimi klubların uğurları üçün çalşan Litmanen 1995-ci ildə Amsterdam klubu ilə UEFA Çempionlar Liqasının qalibi olub. Yari Finlandiya yığmasında 137 matça çıxıb.

Toğrul

Избранный
20
1
fanat.az

2Источники