RU

İki ölkənin Ay savaşı nın gizli səbəbi: Ov başlayır

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyada yeni "ay yarışı"nın başlamasının əsas səbəblərindən biri Yer kürəsinin peykində olduqca nadir və bahalı olan helium-3 elementini hasil etmək imkanıdır.

Ölkə.Az xəbər verir ki, bu barədə Amerikanın The New York Times (NYT) qəzeti məlumat yayıb.

Jurnalistlər helium-3-ün Yer kürəsində hədsiz dərəcədə nadir resurs olduğunu, Ayda isə daha çox tapıldığını qeyd ediblər. Məqalədə deyilir: "Onilliklər sonra helium-3 termonüvə elektrik stansiyaları üçün ideal yanacağa çevrilə bilər".

NYT əlavə edib ki, Aydakı buz qatları Yerdən göndərilən bazalar üçün içməli su və oksigen mənbəyi rolunu oynaya bilər. Bundan əlavə, su və digər kimyəvi maddələr alimlərin tədqiqatları üçün faydalı ola bilər.

Qəzetin yazdığına görə, Ayın görünməyən tərəfindəki kraterdə teleskop quraşdırmaq mümkündür. Məqalədə izah edilir ki, son bir əsrdə Yer kürəsi kainatı bürüyən radiodalğaları dinləmək istəyən astronomlar üçün çox "səs-küylü" bir yerə çevrilib.

Həmçinin dəqiqləşdirilir ki, ABŞ Çini iki il qabaqlayaraq 2028-ci ilə qədər Aya qayıtmaq istəyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
2
olke.az

3Источники