RU

Suçiçəyi ilə bağlı narahatlıq – Səhiyyə Nazirliyindən açıqlama

Bakı. Trend:

Hazırda ölkə ərazisində uşaq və böyüklər arasında suçiçəyixəstəliyinin yayılması ilə bağlı xəbərlər yayılıb. Həkim və bəziekspertlər əhali arasında xəstəliyin yenidən alovlandığını iddaedirlər.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyi Respublika Gigiyena vəEpidemiologiya Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,suçiçəyi xəstəliyi mövsümi xarakter daşıyır və adətən payız-qışaylarında daha çox qeydə alınır.

Məlumata görə, hazırda ölkə üzrə xəstəliyin kütləvi yayılmasıhalları müşahidə edilmir:

"Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzitərəfindən yoluxucu xəstəliklərin profilaktikası istiqamətindəmütəmadi tədbirlər davam etdirilir və epidemioloji vəziyyət daimnəzarətdə saxlanılır. Yoluxma riskinin azaldılması məqsədiləvətəndaşlara xəstə şəxslərlə təmasdan çəkinmək, əlləri mütəmadiyumaq, şəxsi gigiyena qaydalarına riayət etmək, xəstəlik əlamətlərimüşahidə olunduqda isə vaxtında tibb müəssisələrinə müraciət etməktövsiyə olunur", - məlumatda qeyd olunub.

Избранный
10
10
az.trend.az

10Источники