AZ

Uşaqlar arasında suçiçəyi yayılıb? RƏSMİ AÇIQLAMA

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Suçiçəyi xəstəliyi mövsümi xarakter daşıyır və adətən payız-qış aylarında daha çox qeydə alınır. Hazırda ölkə üzrə xəstəliyin kütləvi yayılması halları müşahidə edilmir.Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.

 

MÖVZU İLƏ BAĞLI:Su çiçəyi yenidən yayılır – Pediatrdan xəbərdarlıq

Qeyd edilib ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən yoluxucu xəstəliklərin profilaktikası istiqamətində mütəmadi tədbirlər davam etdirilir və epidemioloji vəziyyət daim nəzarətdə saxlanılır.Məlumatda yoluxma riskinin azaldılması məqsədilə vətəndaşlara xəstə şəxslərlə təmasdan çəkinmək, əlləri mütəmadi yumaq, şəxsi gigiyena qaydalarına riayət etmək, xəstəlik əlamətləri müşahidə olunduqda isə vaxtında tibb müəssisələrinə müraciət etmək tövsiyə olunub.Naibə Məmmədova, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
10
bizim.media

10Mənbələr