Azərbaycan Premyer Liqasının XXVI turunda “Qarabağ” “Karvan Yevlax”la üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunda görüş öncəsi cəmi bir itki var. Bəhlul Mustafazadə zədə səbəbindən matçı buraxacaq.
Yevlax təmsilçisində isə 3 futbolçu oyunu kənardan izləyəcək. Zədəli İbrahim Qədirzadə, Araz Abdullayev və Emin Rüstəmov bugünkü qarşılaşmada forma geyinə bilməyəcəklər.
İki komandanın da heyətində cəzalı futbolçu yoxdur.
“Qarabağ” – “Karvan Yevlax” oyunu bu gün saat 19:00-da start götürəcək.