RU

Qadınların bədənindən əllərinizi çəkin Hadisədən tənqidlərə cavab

Azxeber.com portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyəli müğənni Hadise sosial mediada yayılan səhnə geyimi tənqidlərinə sərt reaksiya verib.

AZXEBER.COM xəbər verir ki, onun səhnədəki görünüşünü vulqar adlandırdıqdan sonra Hadise bu fikirlərə cavabsız qalmayıb.

O, sosial media hesabında "Qadınların bədənindən əllərinizi və dillərinizi çəkin” deyə qeyd edib.

Hadise, vəkilləri ilə birlikdə bu mövzu ilə bağlı hüquqi addımlar atdığını bildirərək, paylaşımının hədəfinin ümumilikdə qadınlara qarşı yönəldilmiş mənfi münasibət olduğunu vurğulayıb. O, sosial media paylaşımında keçən il Harbiye konserindən görüntülərin məqsədli şəkildə yayıldığını və bunun qadınların qorxudulmasına xidmət etdiyini qeyd edib.

Bu açıqlama qısa zamanda geniş rezonans doğurub və müzakirələrə səbəb olub. Hadise tərəfdarları onun qadın hüquqları və ifadə azadlığı mövzusunda sərt mövqeyini dəstəkləyib. Hadise isə fikrini dəyişməyəcəyini və davam edəcəyini bildirib.

Aysel

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
53
azxeber.com

1Источники