RU

Evlər işıqsız, qatarlar hərəkətsiz qaldı

Yazını böyüt
Yazını kiçilt

Həftə sonu İsveçi vuran “Deyv” fırtınası elektrik təchizatında kəsintilərə və qatarların hərəkətinin qismən pozulmasına səbəb olub.

Hafta.az xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb. Məlumata görə, bazar ertəsi gününə keçən gecə təxminən 30 min ev elektriksiz qalıb. “Svenska Kraftnat” enerji şirkəti güclü küləyin təmir işlərini ləngitdiyini açıqlayıb. Eyni zamanda, dəmir yolunun zədələnməsi səbəbindən bu gün səhər bir sıra yerdə qatarların hərəkəti dayanıb. Yollardakı ağacların aşması da nəqliyyat vasitələrinin hərəkətinə mane olub.

İsveç Meteorologiya İnstitutunun ilkin hesablamalarına görə, küləyin sürəti ötən gün saniyədə 40 metrə çatıb ki, bu da qasırğa ekvivalentinə bərabərdir.

Избранный
2
4
hafta.az

5Источники