RU

İlon Maskın atasından qalmaqallı açıqlama: Epşteyn sağdır

Maliyyəçi Cefri Epşteyn hələ də sağdır. 

Ölkə.az xəbər verir ki, belə bir qalmaqallı açıqlama ilə milyarder İlon Maskın atası Errol Mask çıxış edib.

"O, dəqiq sağdır... Buna şübhə yoxdur", - dedi.

Maskın sözlərinə görə, Epşteynin kamerasında baş verənlərlə bağlı rəsmi açıqlama inandırıcı deyil, çünki bir sıra hallar suallar doğurur. O qeyd edib ki, hadisə zamanı həbsxananın təhlükəsizlik kameraları söndürülüb və mühafizəçilər yatıblar.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, kamera görüntülərində 62 saniyəlik bir hissə (saat 23:58:58-dən 00:00-a qədər) yoxdur. Bu, videokamera sistemindəki texniki problemlərlə əlaqədardır.

Məlumatlara görə, Epteyn 2019-cu ilin avqust ayında saxlandığı həbsxana kamerasında huşsuz vəziyyətdə tapılıb, lakin onu həyata qaytarmaq mümkün olmayıb.

Mürtəza

Избранный
7
2
olke.az

4Источники