Maliyyəçi Cefri Epşteyn hələ də sağdır.
Azreform.info xəbər verir ki, belə bir qalmaqallı açıqlama ilə milyarder İlon Maskın atası Errol Mask çıxış edib.
"O, dəqiq sağdır... Buna şübhə yoxdur", - dedi.
Maskın sözlərinə görə, Epşteynin kamerasında baş verənlərlə bağlı rəsmi açıqlama inandırıcı deyil, çünki bir sıra hallar suallar doğurur. O qeyd edib ki, hadisə zamanı həbsxananın təhlükəsizlik kameraları söndürülüb və mühafizəçilər yatıblar.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, kamera görüntülərində 62 saniyəlik bir hissə (saat 23:58:58-dən 00:00-a qədər) yoxdur. Bu, videokamera sistemindəki texniki problemlərlə əlaqədardır.
Məlumatlara görə, Epteyn 2019-cu ilin avqust ayında saxlandığı həbsxana kamerasında huşsuz vəziyyətdə tapılıb, lakin onu həyata qaytarmaq mümkün olmayıb.
Mürtəza