RU

Məktəbli qız dəm qazından zəhərləndi

Ağdaş rayonunda məktəbli qız dəm qazından zəhərlənib.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki evlərdən birində baş verib.

Şəhər sakini, 2011-ci il təvəllüdlü T.Qarazadə yaşadığı evdə dəm qazından zəhərlənib. O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib. Həkimlərin səyi nəticəsində 15 yaşlı qızın həyatını xilas etmək mümkün olub.

Məlumata görə, T.Qarazadə 9-cu sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
1
4
far.az

5Источники