AZ

Məktəbli qız dəm qazından zəhərləndi

Ağdaş rayonunda məktəbli qız dəm qazından zəhərlənib.

Bizim.Media xəbər verir ki, hadisə şəhər ərazisindəki evlərdən birində baş verib.
 

Şəhər sakini, 2011-ci il təvəllüdlü T.Qarazadə yaşadığı evdə dəm qazından zəhərlənib. O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib. Həkimlərin səyi nəticəsində 15 yaşlı qızın həyatını xilas etmək mümkün olub.


Məlumata görə, T.Qarazadə 9-cu sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

Bizim.Media

Seçilən
12
4
bizim.media

5Mənbələr