RU

ABŞ senatoru Trampa qarşı çıxdı: təhlükəli və nəzarətsiz!

Vaşinqtonda Trampın İranla bağlı açıqlamaları ətrafında gərginlik artır.

Musavat.com bildirir ki, ABŞ senatoru, Vaşinqton ştatını təmsil edən Petti Mürrey prezident Donald Trampın İranla bağlı bəyanatlarına kəskin reaksiya verib.

Senator Trampı “dərin şəkildə qeyri-sağlam və hakimiyyətin təsiri altında olan təhlükəli şəxs” adlandırıb. Bu açıqlama Trampın İranda elektrik stansiyaları və körpüləri məhv etməklə bağlı səsləndirdiyi fikirlərdən sonra gəlib.

Mürrey bildirib ki, ABŞ prezidenti bu cür ritorika ilə ölkə hərbçilərini risk altına atmamalıdır:

“ABŞ prezidenti bu şəkildə danışmamalıdır və hərbçilərimizi təhlükəyə atmamalıdır”.

O, respublikaçıları da demokratlara qoşularaq müharibənin dərhal dayandırılması üçün addım atmağa çağırıb.

Senatorun sözlərinə görə, Trampın bu cür açıqlamaları mümkün hərbi cinayətlərə işarə edir və ciddi narahatlıq doğurur.

Musavat.com

Избранный
14
musavat.com

1Источники