RU

4 avtomat, 2 tapança, 2 qumbara, 10 tüfəng və sursat aşkarlandı

Aprelin 4-də və 5-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 29, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 və dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 18 fakt müəyyən edilib.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 tapança, 2 qumbara, 10 tüfəng, 13 patron darağı və 366 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər də saxlanılıb.

Избранный
8
1
ekologiya.az

10Источники