RU

ABA Asiya Maliyyə Əməkdaşlıq Assosiasiyasına üzv olmaq istəyir

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Asiya Maliyyə Əməkdaşlıq Assosiasiyasına (Asian Financial Cooperation Association – AFCA) üzv qəbul edilməsi ilə bağlı rəsmi müraciət imzalanıb.

"Far.Az" bu barədə ABA-ya istinadən xəbər verir.

Məlumata görə, qurumun rəhbər heyəti Çinə rəsmi səfəri çərçivəsində AFCA-nın rəhbərliyi ilə işgüzar görüş keçirib. Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə baş tutan görüşdə ölkəmizi ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov, baş iqtisadçısı Əzizağa Haxverdiyev və Azərbaycanın aparıcı banklarının nümayəndələri təmsil ediblər.

Görüşü giriş nitqi ilə açan Z.Nuriyev və AFCA-nın rəhbərliyi iştirakçıları salamlayaraq, iki ölkənin maliyyə institutlarının əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıblar. Tədbir zamanı AFCA rəhbərliyinə Azərbaycanın mövcud makroiqtisadi vəziyyəti, maliyyə sabitliyi göstəriciləri, bank sektorundakı müasir trendlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, ABA-nın fəaliyyət istiqamətləri, üzv banklara göstərilən xidmətlər və beynəlxalq tərəfdaşlıq layihələri diqqətə çatdırılıb. Tərəflər arasında birgə layihələrin icrası, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi məsələləri ətrafında razılıq əldə olunub.

Bundan başqa, AFCA-nın gələcək beynəlxalq tədbirlərindən birinin Azərbaycanda keçirilməsi ilə bağlı ilkin müzakirələr aparılıb. Qeyd olunub ki, belə bir təşəbbüs regional maliyyə əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.

Избранный
5
9
far.az

10Источники