RU

Rus general təyyarə qəzasında öldü

Martın 31-də Krımda An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində Rusiya Şimal Donanmasının 45-ci ordusunun və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, general-leytenant Aleksandr Otroşenko da ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə Murmansk vilayətinin qubernatoru Andrey Çibis deyib.

“Ötən həftə faciə baş verdi: Şimal Donanmasının hərbçiləri Krımda təyyarə ilə qəzaya uğradılar. Təəssüf ki, onların arasında dəniz aviasiyasının komandiri Aleksandr İvanoviç Otroşenko da var idi”, – Çibis bildirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinə məxsus An-26 təyyarəsinin Krımda qəzaya uğraması nəticəsində 29 nəfər həlak olmuşdu.

Избранный
14
3
konkret.az

5Источники