Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Martın 31-də Krımda An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində Rusiya Şimal Donanmasının 45-ci ordusunun və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, general-leytenant Aleksandr Otroşenko da ölüb.
Axar.az xəbər verir ki, bu barədə Murmansk vilayətinin qubernatoru Andrey Çibis deyib.
“Ötən həftə faciə baş verdi: Şimal Donanmasının hərbçiləri Krımda təyyarə ilə qəzaya uğradılar. Təəssüf ki, onların arasında dəniz aviasiyasının komandiri Aleksandr İvanoviç Otroşenko da var idi”, - Çibis bildirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinə məxsus An-26 təyyarəsinin Krımda qəzaya uğraması nəticəsində 29 nəfər həlak olmuşdu.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.