Təklif ilkin mərhələdə atəşkəsi, ikinci mərhələdə isə yekun razılaşmanı əhatə edir. Plana razılıq əldə olunarsa, dərhal atəşkəs tətbiq ediləcək, Hörmüz boğazı tam şəkildə açılacaq və yekun razılaşma 15–20 gün ərzində imzalanacaq. Xəbərdə qeyd olunub ki, Pakistan tərəfi ABŞ-nin vitse-prezidenti JD Vance və İranın xarici işlər naziri Ərakçi ilə ayrıca görüşlər keçirib.
İranlı rəsmi məsələ ilə bağlı bildirib:
“Pakistanın təklifi bizə çatıb. Hazırda onu nəzərdən keçiririk. Müvəqqəti atəşkəs üçün Hörmüzü açmayacağıq. Bizə edilən ‘son gün’ təzyiqini qəbul etmirik. ABŞ-nin isə daimi atəşkəsə hazır olmadığını düşünürük”.