AZ

Tehrandan sülhə "şərtli" yaşıl işıq – Pakistanın iki mərhələli planı nədən ibarətdir?

İran Xarici İşlər Nazirliyi beynəlxalq vasitəçilərin, xüsusən də Pakistanın təqdim etdiyi atəşkəs təklifinə rəsmi cavab hazırladığını açıqlayıb.

Musavat.com xəbər verir ki, "Reuters" agentliyi Pakistanın həm ABŞ, həm də İrana bu gün — 6 aprel 2026-cı il tarixində qüvvəyə minə biləcək iki mərhələli "İslamabad sazişi" planını təqdim etdiyini yazıb.

Sənədin detallarına görə, birinci mərhələ hərbi əməliyyatların dərhal dayandırılmasını və strateji Hörmüz boğazının gəmilərin keçidi üçün açılmasını, ikinci mərhələ isə yaxın 15-20 gün ərzində tərəflər arasında daha genişmiqyaslı sülh sazişinin imzalanmasını nəzərdə tutur. Lakin rəsmi Tehranın bu təklifə yanaşması olduqca ehtiyatlıdır; İran tərəfi "müvəqqəti atəşkəs" əvəzinə ABŞ və İsrail tərəfindən yenidən hücum edilməyəcəyinə dair beynəlxalq təminat və "daimi atəşkəs" tələb edir. Donald Trampın İrana verdiyi ultimatun müddətinin bu gün başa çatması fonunda vasitəçilərin — Türkiyə, Misir və Çinin də aktiv iştirakı ilə hazırlanan bu plan bölgəni böyük müharibədən xilas etmək üçün son şans kimi qiymətləndirilir.

Bildirilir ki, İranın bu gün verəcəyi cavab ya "İslamabad sazişi" ilə sülhün qapısını açacaq, ya da ultimatun qüvvəyə minməsi ilə hərbi əməliyyatların daha dağıdıcı mərhələsinə keçidə səbəb olacaq. Hazırda dünya diplomatik mərkəzləri Tehranın "şərtli yaşıl işıq" yandıracağı ehtimalını müzakirə edərək Xarici İşlər Nazirliyindən gələcək son bəyanatı gözləyir.

Musavat.com

Seçilən
32
9
musavat.com

10Mənbələr