RU

Azərbaycanlı nazir Londonda 10 milyona ev aldı FOTO

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanlı nazir Böyük Britaniyanın paytaxtı Londonda 4 milyon 600 min funt sterlinqə (10 milyon 342 min manat) mənzil alıb.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə hazırda xaricdə yaşayan jurnalist Cavanşir Həsənli çıxış edib.

O, sosial şəbəkə hesabında yazıb:

“Deməli, Londonda köhnə binada bir mənzili 17 yanvar 2002-ci ildə 800,000 funta,

19 İyun 2002 -ci ildə 1,090,000 funta, (əvvəlki satışdan təxminən 36% baha),

29 İyul 2002 – 125,000 funta (bu dəfə 89% aşağı qiymətə),

və nəhayət 19 aprel 2018-ci il tarizdə son satış qiymətindən 3580% bahasına, yəni 4,600,000 funta azərbaycanlı nazirə satıblar.

Az qala 37 dəfə baha! Bunu necə bacarıblar?”

C.Həsənli Londonda ev aldığı deyilən nazirin adını açıqlamayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
33
4
globalinfo.az

5Источники