RU

Abu-Dabidə dron qalıqları radar müəssisəsinə düşüb

HHM sistemlərinin müdaxiləsindən sonra dron qalıqları BƏƏ-nin sənaye zonasına düşüb...

BƏƏ-nin paytaxtı Abu-Dabidə qalıqlar radar satışı və təmiri ilə məşğul olan “Raneen Systems” şirkətinin müəssisəsinin üzərinə düşüb.

Poliqon xəbər verir ki, bu barədə Əmirlik hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə Musaffah bölgəsində yerləşən ICAD sənaye zonasında qeydə alınıb. Bildirilir ki, hava hücumundan müdafiə sistemləri tərəfindən obyektlər uğurla zərərsizləşdirildikdən sonra onların qalıqları müəssisənin ərazisinə düşüb.

Rəsmi açıqlamada qeyd olunur ki, insident nəticəsində Qana vətəndaşı olan bir şəxs orta dərəcəli xəsarətlər alıb. Yaralının vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.

Hadisə regionda artan hərbi gərginlik fonunda baş verib və hava hücumundan müdafiə sistemlərinin aktiv fəaliyyətini bir daha nümayiş etdirib. Eyni zamanda, belə halların mülki infrastruktur üçün yaratdığı risklər diqqət mərkəzində qalır.

Poliqon.info

Избранный
8
poliqon.info

1Источники