Güclü yağışlar Siyəzən rayonunda fəsadlara səbəb olub.1news.az-ınAPA-ya istinadənxəbərinə görə, sel suları Siyəzən-Məşrif yolunun üzərində yerləşən körpünü uçurub. Gilgilçay üzərində 2015-ci ildə tikilən 3 aşırımlı körpü yararsız hala düşüb. Ətrafda olan kommunikasiya xətləri də zədələnib. Hazırda ərazidə vəziyyətin qiymətləndirilməsi və fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.