RU

Doğuşdan sonra qadınları ən çox narahat edən suallar – Səhiyyə mütəxəssisi cavablandırır

Bakı. Trend:

Doğuşdan sonrakı dövr – zahılıq mərhələsi qadın orqanizmi üçünhəm fiziki, həm də psixoloji baxımdan xüsusi əhəmiyyət daşıyanhəssas bir bərpa dövrüdür. Bu müddətdə düzgün qulluq, qidalanma vətibbi tövsiyələrə əməl olunması gələcək sağlamlıq üçün mühüm roloynayır.

Trend xəbərverir ki, mövzu ilə bağlı ən çox verilən suallara SəhiyyəNazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutununmama-ginekoloqu Nigar Sadıqova aydınlıq gətirib.

- Nigar xanım, bu günkü mövzumuz zahılıq dövründə qadınınbərpasıdır. İlk olaraq, zahılıq dövrü nədir?

– Zahılıq dövrü qadın orqanizminin doğuşdan sonra tədricənhamiləlikdən əvvəlki fizioloji və psixoloji vəziyyətinə qayıtdığı 6həftəlik (42 günlük) bərpa mərhələsidir. Bu dövrdə hamiləlik vədoğuş zamanı dəyişmiş orqan və sistemlər yenidən uyğunlaşmaprosesinə daxil olur. Zahılıq yalnız fiziki sağalma mərhələsideyil, eyni zamanda qadının ana roluna uyğunlaşdığı, emosional vəhormonal tarazlığın yenidən formalaşdığı mühüm bir dövrdür. Qeydetmək vacibdir ki, bərpa prosesi bütün orqanlarda eyni sürətləgetmir. Bəzi sistemlər daha tez, bəziləri isə daha uzun müddətərzində normallaşır.
Zahılıq dövrü klinik baxımdan üç mərhələyə bölünür. Çox erkənzahılıq doğuşdan sonrakı ilk 24 saatı əhatə edir və bu mərhələdəqadının həyati göstəriciləri, qanaxma riski və ümumi vəziyyətixüsusi nəzarətdə saxlanılır. Erkən zahılıq doğuşdan sonrakı ilk 1həftəni əhatə edir və bu müddətdə uşaqlığın yığılması, hormonaldəyişikliklər və süd ifrazının başlaması müşahidə olunur. Geczahılıq isə qalan 5 həftəni əhatə edir və bu mərhələdə cinsiyyətorqanlarının, hormon sisteminin və ümumi fiziki vəziyyətin bərpasıdavam edir. Adətən cinsiyyət orqanları 6 həftə ərzində normalvəziyyətinə qayıdır.
Aybaşı dövrünün bərpası isə qadının əmizdirib-əmizdirməməsindənbirbaşa asılıdır. Əmizdirməyən anaların böyük əksəriyyətindəzahılıq dövrünün sonunda aybaşı yenidən başlayır. Əmizdirənqadınlarda isə süd ifrazını təmin edən prolaktin hormonunun yüksəkolması səbəbindən aybaşının bərpası 6 ay və ya daha uzun müddətgecikə bilər. Bu hal fizioloji sayılır və xəstəlik əlaməti kimiqiymətləndirilməməlidir.

– Zahı qadının bərpası necə baş verir?

– Doğuşdan sonra baş verən ən əsas və ilk dəyişiklik uşaqlığınəvvəlki ölçüsünə qayıtması, yəni kiçilməsidir (involyusiya).Hamiləlik dövründə xeyli böyüyən uşaqlıq doğuşdan dərhal sonrayığılmağa başlayır və hər gün tədricən kiçilir. Bu proses həmdoğuşdan sonrakı qanaxmanın azalmasına, həm də orqanizmin əvvəlkianatomik vəziyyətinə qayıtmasına kömək edir. Uşaqlığın normalşəkildə yığılması zahılıq dövrünün sağlam keçməsinin əsasgöstəricilərindən biri hesab olunur.
Hamiləlik müddətində uşaqlıq təxminən 20 qat böyüyür, ancaqdoğuşdan sonra sürətlə kiçilməyə başlayır. Uşaq doğulduqdan dərhalsonra təxminən hamiləliyin 20-ci həftəsində olduğu ölçüyə düşür. Bumüddətdə ağırlığı təqribən 1 kg qədər olur. Birinci həftəninsonunda 12 həftəlik hamiləlik böyüklüyündə olan həcmi 6 həftəsonunda hamiləlik öncəsi böyüklüyündə olur.

Bədənimizdə çəki və həcmi baxımından bu qədər çox böyüyüb sonrakiçilən ikinci bir orqanımız yoxdur. Uşaqlığın bu xüsusiyyəti elmdünyasını günümüzdə də təəccübləndirməkdə davam etməkdədir və hələelmi cəhətdən tam olaraq açıqlanmamaqdadır.

Doğuşdan dərhal sonra uşaqlıq yığılmalarının gücü doğuş ərzindəolan gücündən daha çox olur. Bu ağrılar 2-3 gün davam edə bilir.Daha əvvəl doğanlarda (multiparlarda) nisbətən çox hiss edilir. İlk12 saatda sıxlıqları daha çoxdur, bu saatdan sonra həm sıxlığı həmşiddəti tədricən azalır.

Doğuş vaxtı 10 sm açılan və tamam incəlib kağız kimi olanuşaqlıq boynu açıqlığı bir həftə sonunda təxminən 1 sm-ə enir.Uşaqlıq boynu normal doğanlarda artıq dairəvi deyil yastı formadaolur. Uşaqlıq boynunun tamam sağalması 6 həftə vaxt alır. Doğuşvaxtı çox enlənən uşaqlıq yolu yavaş-yavaş sağalmağa başlayar vəzahılığın 3-cü həftəsinin sonunda öz vəziyyətini alır. Hamiləlikboyunca genişlənən və dartılan qarın və çanaq əzələləri 6 həftədənsonra yığılır və bu müddətdən sonra fiziki hərəkətlər məsləhətdir.Qan dövranı, endokrin kimi digər sistemlərdə olan dəyişikliklər də6 həftə sonunda normal halına qayıdır.

– Zahılıq dövründə hansı problemlər yarana bilər?

– Zahılıq dövrü qadın orqanizmində baş verən intensiv bərpamərhələsi olduğu üçün bu müddətdə müəyyən sağlamlıq problemlərininyaranması mümkündür. Doğuşdan sonra ilk saatlar və günlər xüsusilənəzarət tələb edir. Məhz buna görə, qadın doğuşdan sonra ən azı 24saat tibbi müşahidə altında saxlanılmalı, arterial təzyiq mütəmadiölçülməli və qanaxmanın miqdarı diqqətlə izlənilməlidir. Bu nəzarətmümkün ağırlaşmaların erkən mərhələdə aşkarlanmasına imkanyaradır.
Zahılıq dövründə tez-tez rast gəlinən hallardan biri doğuşdan sonrayaranan vaginal axıntılardır. Uşaqlığın daxilindən gələn bu axıntıtibbi olaraq loxi (lochia) adlanır və uşaqlığın təmizlənməsi, eynizamanda əvvəlki vəziyyətinə qayıtması prosesinin təbiigöstəricisidir. İlk günlərdə loxi daha qanlı olur, sonrakı günlərdəmiqdarı azalır, rəngi açılır və tədricən durulaşır. Adətən buaxıntılar təxminən 3–4 həftə ərzində mərhələli şəkildə azalaraq tamkəsilir. Loxinin normadan uzun sürməsi, kəskin qoxulu olması və yamiqdarının artması infeksiya və ya uşaqlığın tam bərpa olunmamasıilə əlaqəli ola bilər və bu halda həkimə müraciət edilməlidir.
Zahılıq dövründə mümkün problemlərdən biri də infeksiyalardır. Ənçox rast gəlinən infeksiya uşaqlıq daxilinin iltihabı –endometritdir. Bu vəziyyət adətən doğuşdan sonrakı ilk günlərdəbədən hərarətinin yüksəlməsi, qarın alt hissəsində ağrı, ümumihalsızlıq və loxinin xarakterinin dəyişməsi ilə özünü göstərəbilər. Belə hallarda vaxtında tibbi müdaxilə vacibdir və müalicəyalnız həkim məsləhəti ilə aparılmalıdır.

Bununla yanaşı, zahılıq dövründə qadının psixoloji vəziyyətindədə dəyişikliklər müşahidə oluna bilər. Emosional həssaslıq, tezkövrəlmə, əhvalın dəyişkən olması bu dövr üçün xarakterikdir vəəksər hallarda müvəqqəti xarakter daşıyır. Lakin bu hallar uzunmüddət davam edərsə və gündəlik həyata təsir edərsə, mütəxəssisdəstəyi tövsiyə olunur.

Zahılıq dövründə yaranan problemlərin vaxtında aşkarlanması vədüzgün idarə olunması qadının sağlam bərpası üçün əsas şərtdir. Busəbəbdən həm fiziki dəyişikliklərə, həm də vaginal axıntılarıngedişinə və ümumi sağlamlıq vəziyyətinə diqqətlə yanaşmaq böyükəhəmiyyət daşıyır.

– Zahılıq dövründə doğuş yarasına və cinsiyyət üzvlərinə qulluqnecə edilməlidir?

– Zahılıq dövründə cinsiyyət üzvlərinə və doğuş zamanı yaranmışyaralara düzgün qulluq qadının sağlam bərpası və infeksiyalarınqarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır. Normaldoğuş zamanı nəzarətsiz cırıqların qarşısını almaq məqsədilə bəzihallarda həkim tərəfindən aralıq nahiyəsində planlı kəsik aparılır.Bu kəsik epiziotomiya adlanır və doğuşdan sonra xüsusi diqqət tələbedən sahələrdən biridir.

Aralıq bölgəsinə düzgün qulluq edilməsi epiziotomiya yerinindaha tez sağalmasına, ağrının azalmasına və infeksiya riskininminimuma endirilməsinə kömək edir. Adətən bu qulluq prosesi 1–3həftə davam edir və həmin müddətdə gigiyena qaydalarına ciddi əməlolunmalıdır. Doğuşdan sonrakı ilk günlərdə aralıq nahiyəsində ağrı,həssaslıq və yüngül şişkinlik müşahidə oluna bilər ki, bu da normalhesab olunur.

Ağrı və ödemin azalması üçün aralıq bölgəsinə qısa müddətlisoyuq tətbiqlər (buz kompresləri) faydalı ola bilər. Buz birbaşadəriyə deyil, mütləq yumşaq, təmiz parça vasitəsilə tətbiqedilməlidir. Bu cür tətbiqlər xüsusilə ilk günlərdə rahatlama təminedir. Ağrılar davamlı və ya narahatedici olarsa, yalnız həkimtərəfindən məsləhət görülən ağrıkəsici dərmanlardan istifadəedilməlidir. Doğuşdan sonra qəbizlik və ya babasil kimi problemləryarandıqda, həkim məsləhəti ilə nəcisi yumşaldan vasitələrdənistifadə edilə bilər, çünki gücənmə yara nahiyəsinə əlavə təzyiqyarada bilər.

Aralıq bölgəsinin təmizliyi zahılıq dövründə əsas şərtlərdənbiridir. Əksər hallarda təmiz su ilə yuyunma kifayət edir, lakinbəzi hallarda həkim tərəfindən antiseptik məhlullar da tövsiyəoluna bilər. Vaginal axıntı və qanaxmaların davam etdiyi müddətdəgigiyenik bezlərdən istifadə edilməli və onlar tez-tezdəyişdirilməlidir. Tamponlardan istifadə isə tövsiyə edilmir.Həmçinin tualetdən sonra təmizliyə xüsusi diqqət yetirilməlidir.Təmizlənmə həmişə öndən arxaya doğru aparılmalı, bu yollamikrobların cinsiyyət yollarına keçməsinin qarşısı alınmalıdır.Aralıq nahiyəsi mümkün qədər quru saxlanmalı, nəm və rütubətlimühitdən qorunmalıdır. Güclü ağrı, artan şişkinlik, qızartı, irinliaxıntı və ya pis qoxu hiss edildikdə dərhal həkimə müraciət etməkvacibdir.

Zahılıq dövründə cinsiyyət üzvlərinə və doğuş yarasına düzgün vəmüntəzəm qulluq qadının daha rahat bərpa olunmasına, gündəlikhəyata tez uyğunlaşmasına və uzunmüddətli fəsadların qarşısınınalınmasına mühüm töhfə verir.

– Zahılıq dövründə edilən doğrular və yanlışlar nələrdir?

– Zahılıq dövrü qadının həm fiziki, həm də psixoloji baxımdanbərpa olunduğu həssas mərhələdir. Bu dövrdə düzgün davranışlarsağalmanı sürətləndirir, yanlış yanaşmalar isə bərpa prosesiniuzada və əlavə problemlərə səbəb ola bilər. Hamiləlikdə olduğukimi, zahılıq dövründə də müəyyən qaydalara əməl etməkvacibdir.

Müasir tibbi yanaşmalara görə, normal doğuşdan sonra təxminən 24saat, cərrahi (qeysəriyyə) doğuşdan sonra isə 48 saat xəstəxanadaqalmaq kifayət hesab olunur. Evə buraxıldıqdan sonra ananın günərzində istirahət etməsi tövsiyə edilir, lakin bu istirahət yalnızuzanmaq və hərəkətsiz qalmaq formasında olmamalıdır. Gün ərzində evdaxilində yüngül hərəkətlər etmək, qısa məsafələrdə gəzmək qandövranını yaxşılaşdırır, bədənin bərpasını dəstəkləyir və ananınözünə olan inamını artırır.

Qidalanma zahılıq dövrünün əsas sütunlarından biridir. Doğuşdansonra ana, özünə zərər verməyən və orqanizmini narahat etməyənqidaları rahatlıqla qəbul edə bilər. Xüsusilə zülalla zənginqidalar, təzə meyvə və tərəvəzlər bərpa prosesini sürətləndirir.Süd verən anaların gündəlik enerji tələbatı artır və onlarıntəxminən 2600–2800 kilokalori qəbul etməsi tövsiyə olunur. Eynizamanda, doğuşdan sonra bağırsaq hərəkətlərinin yavaşlaması vəqəbizlik müşahidə oluna bilər. Bu halın qarşısını almaq üçün lifliqidaların qəbulu və bol maye içilməsi vacibdir.
Gigiyena məsələləri də zahılıq dövründə xüsusi diqqət tələb edir.Normal doğuşdan sonra dərhal, cərrahi doğuşdan sonra isə adətənüçüncü gündən etibarən ayaqüstü duş qəbul etmək mümkündür. Lakinaralıq nahiyəsinə ilıq və ya isti oturma vannalarının edilməsitövsiyə edilmir, çünki bu, infeksiya riskini artıra bilər. Normaldoğuş zamanı aparılan epiziotomiya sahəsi əksər hallarda vaginanınsağ tərəfində yerləşir. Bu səbəbdən oturarkən və uzanarkən həminnahiyəyə artıq təzyiq göstərməmək, ağırlığı mümkün qədər digərtərəfə yönəltmək məsləhətdir.
Fiziki aktivlik zahılıq dövründə mərhələli şəkildə artırılmalıdır.Qarın və çanaq əzələlərini gücləndirmək üçün fiziki hərəkətlərfaydalıdır, lakin bu məşqlərə yalnız 6 həftədən sonra başlanmalı vəilk mərhələdə əzələləri həddindən artıq yoran hərəkətlərdən uzaqdurulmalıdır.

Doğuşdan sonra cinsi istəkdə müvəqqəti azalma müşahidə ediləbilər. Bu hal çox vaxt psixoloji səbəblərlə əlaqədardır və əksərqadınlarda təxminən 12-ci həftədən sonra tədricən normallaşır.Ümumiyyətlə, doğuşdan 20–25 gün sonra cinsi əlaqəyə icazə veriləbilər, lakin bu qərar qadının ümumi vəziyyətinə və həkimtövsiyəsinə əsaslanmalıdır. Əmizdirmə dövründə prolaktin hormonununyüksəlməsi estrogen səviyyəsini azaldaraq vaginada quruluğa səbəbola bilər. Bu vəziyyətdə xüsusi gellər və kremlərdən istifadərahatlıq yarada bilər. Narahatlıq davam edərsə, mütləq həkimmüayinəsindən keçmək tövsiyə olunur.
Zahılıq dövründə düzgün davranışlar və tibbi tövsiyələrə əməledilməsi qadının sağlam və təhlükəsiz şəkildə bərpa olunmasınınəsas şərtidir.

Избранный
22
4
az.trend.az

5Источники