Bakı. Trend:
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq şagirdlərindavamiyyətində qismən azalma müşahidə edilsə də, təlim-tədrisprosesi fasiləsiz şəkildə davam edir.
Bu barədə Trend-in sorğsuna cavab olaraq Məktəbəqədər və ÜmumiTəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilir ki, iki gündür ölkə ərazisində müşahidə edilənyağıntılı hava şəraiti ilə əlaqədar yaranan xüsusi hallarla bağlıaidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər həyatakeçirilir:
"Agentliyə və Agentliyin yerli təhsili idarəetmə bölmələrinədaxil olan müraciətlər qeydiyyata alınır və təhlillər aparılır.Hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması və təhsilmüəssisələrində tədris prosesinin fasiləsizliyinin təmin edilməsiməqsədilə müvafiq addımlar atılır.
Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraqşagirdlərin davamiyyətində qismən azalma müşahidə edilsə də,təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir. İntensivyağıntılarla əlaqədar olaraq xüsusilə kiçik yaşlı məktəblilərinvalideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır,təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiqtəhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik",məlumatda qeyd edilib.