1990-cı illərdə NASA demək olar ki, on il ərzində 300-ə qədər sərnişin daşıya bilən və "Concorde"dan təxminən iki dəfə sürətli uçan səsdən sürətli sərnişin təyyarəsi üzərində çalışıb. Lakin genişmiqyaslı tədqiqatlara və sınaqlara baxmayaraq, proqram 1999-cu ildə gözlənilmədən dayandırılıb...
Poliqon xəbər verir ki, bu barədə "Supercar Blondie" yazır.
Yüksək sürətli mülki nəqliyyat layihəsi (HSCT) aviasiyanın inkişafında yeni mərhələ olmalı idi. Təyyarənin təxminən 2,4 Max sürətə çatması planlaşdırılırdı ki, bu da Atlantik və Sakit okeanı adi təyyarələrlə müqayisədə xeyli daha qısa müddətdə keçməyə imkan verəcəkdi.
100 sərnişinə qədər daşıyan "Concorde"dən fərqli olaraq, yeni layner daha geniş tutumlu və aviaşirkətlər üçün potensial olaraq daha sərfəli olmalı idi. İnkişafı sürətləndirmək üçün NASA "Boeing" ilə əməkdaşlıq edib və sovet istehsalı olan "Tu-144" təyyarəsindən "uçan laboratoriya" kimi istifadə edib.
Modernləşdirilmiş "Tu-144" 1996–1997-ci illərdə təxminən 30 tədqiqat uçuşu həyata keçirib. Bu, amerikalı mühəndislərə səsdən sürətli uçuşlar, səs dalğası və emissiyalar barədə mühüm məlumatlar toplamağa imkan verib.
Proqram çərçivəsində aşağıdakı istiqamətlər üzrə işlər aparılıb:
* daha az emissiya yaradan yeni mühərriklər
* səs zərbəsinin azaldılması texnologiyaları
* yüksək hündürlüklərdə effektivliyi artıran konstruksiyalar
Gözlənilirdi ki, HSCT əvvəlki səsdən sürətli təyyarələrlə müqayisədə daha ekoloji və iqtisadi baxımdan səmərəli olacaq.
Texniki irəliləyişlərə baxmayaraq, layihə bağlanıb. Əsas səbəblər bunlardır:
* çox yüksək inkişaf xərcləri
* məhdud bazar tələbi
* ekoloji məhdudiyyətlər
* " Boeing"in maliyyələşmədən çıxması
Böyük istehsalçının dəstəyi olmadan proqram faktiki olaraq perspektivini itirib. HSCT layihəsinin taleyi göstərir ki, hətta perspektivli texnologiyalar belə iqtisadi səbəblərdən reallaşmaya bilər. "Concorde"un uğuruna baxmayaraq, səsdən sürətli sərnişin daşımalarına kütləvi tələbat formalaşmayıb.
Bununla belə, ideya tamamilə yox olmayıb. 2020-ci illərdə yeni şirkətlər əvvəlki səhvləri nəzərə alaraq səsdən sürətli aviasiyanı yenidən canlandırmağa çalışırlar.
Poliqon.info