RU

Gilgilçay üzərindəki körpünün bir hissəsi uçdu

Bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində yaranan sel Siyəzən–Məşrif avtomobil yolunun 11-ci km-də Gilgilçay üzərində yerləşən körpünün bir hissəsini uçurub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Əraziyə AAYDA əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.

"Sürücülərdən alternativ olaraq Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundan istifadə etmələri xahiş olunur", - AAYDA-dan bildirilib.


Telegram kanalımız
Избранный
6
11
yenisabah.az

10Источники