RU

Bakıda bu xidmətlər yağışa görə kəskin bahalaşdı

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paytaxtda müşahidə olunan əlverişsiz hava şəraiti nəqliyyat və çatdırılma sektoruna təsirsiz ötüşməyib. Güclü yağış və külək səbəbindən taksi, kuryer və çatdırılma xidmətlərinin tariflərində kəskin artım qeydə alınıb.Qiymət artımının əsas səbəbi kimi tələbin çoxalması və təklifin azalması göstərilir. Şəxsi avtomobillərdən istifadənin çətinləşməsi insanların taksilərə müraciətini artırıb. Digər tərəfdən, bir çox sürücü hava şəraiti və yollardakı tıxaclar səbəbindən işə çıxmamağa üstünlük verib. Bu disbalans birbaşa qiymətlərin bahalaşmasına yol açıb.Kuryer və çatdırılma şirkətləri də mövcud vəziyyətlə əlaqədar müvəqqəti tarif dəyişikliyinə gediblər. Xidmət göstərən şirkətlər çatdırılma vaxtının uzanması və risklərin artmasını əsas gətirərək qiymətləri tənzimləyiblər.Qeyd edək ki, sinoptiklərin proqnozuna görə,Bakıda yağıntılı hava şəraiti günün sonuna qədər davam edəcək və bu müddət ərzində qiymətlərin yüksək qalacağı gözlənilir.İslam

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
demokrat.az

1Источники