RU

DİN: İki gündə 74 cinayətin açılması təmin olunub, 60 şübhəli saxlanılıb

Aprelin 4-5-də ölkə ərazisində qeydə alınan 59 və əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Axtarışda olan ümumilikdə 43 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Hesabat dövründə narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı 13 fakt müəyyən edilib.

DİN əlavə edib ki, cinayət törətməkdə şübhəli bilinən ümumilikdə 60 nəfər saxlanılıb.

Gülnar 

Избранный
9
49
anews.az

10Источники