RU

Türkiyə Superliqası: “Fənərbağça” derbi matçında “Beşiktaş”a qalib gəlib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 aprel, AZƏRTAC

Futbol üzrə Türkiyə Superliqasının XXVIII turunda derbi matçı keçirilib.

AZƏRTAC xəbər verir ki, “Fənərbağça” evdə “Beşiktaş”ı qəbul edib. Görüş “sarı-lacivərdlilər”in minimal hesablı qələbəsi ilə bitib - 1:0. Yeganə qola Kərəm Aktürkoğlu imza atıb. O, 90+11-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 63-ə çatdıran "Fənərbağça" 2-ci, “Beşiktaş” isə 52 xalla 4-cü sırada yer alıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
3
azertag.az

7Источники