RU

Tramp: İranla aprelin 7 dək razılaşma əldə olunması ehtimalı yüksəkdir

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"ABŞ ilə İran arasında aprelin 7-dək razılaşmanın əldə olunması ehtimalı yüksəkdir".

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezident Donald Tramp "Axios" portalına açıqlamasında deyib.

"Bunun üçün yüksək şans var, amma razılaşmaya getməsələr, orada hər şeyi partladacağam", - deyə D.Tramp qeyd edib.

Onun sözlərinə görə, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner İran tərəfi ilə intensiv danışıqlar aparırlar.

Trampın iddiasına görə, bu danışıqlar "yaxşı gedir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
48
2
oxu.az

4Источники