RU

Kafedra müdiri qəfil vəfat etdi - FOTO

Mingəçevir Dövlət Universitetinin (MDU) İngilis dili kafedrasının müdiri Mehdi Rəhimov vəfat edib.

Bizim.Media xəbər verir ki, 44 yaşlı M.Rəhimov bir müddət əvvəl səhhətində yaranmış ciddi problemlər səbəbindən Gəncə şəhərində müalicə alırdı. O, həkimlərin səyinə baxmayaraq, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Mehdi Rəhimov ölkənin tanınmış və perspektivli gənc alimlərindən biri hesab olunurdu. O, pedaqoji fəaliyyəti dövründə Gəncə Dövlət Universitetində də İngilis dili kafedrasının müdiri vəzifəsində çalışıb. (Teleqraf.az)


Bizim.Media

Избранный
11
20
bizim.media

10Источники