RU

SEPAH İsrail ilə ABŞ-nin bölgədəki bazalarına zərbələr endirib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək vəd – 4" hərbi əməliyyatının 96-cı dalğasını həyata keçirib və İsrail ilə ABŞ-nin bölgədəki bazalarını pilotsuz uçuş aparatları (PUA) və raket zərbələrinə məruz qoyub.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

"İsrailin qırıcı təyyarələrini yanacaqla təmin edən Hayfadakı neft emalı zavoduna hücum olub və müəssisənin əsas hissəs dağılıb", - məlumatda qeyd olunub.

Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi əmirliyində yerləşən, ölkənin mühüm enerji mərkəzlərindən və dünyanın ən böyük neft-qaz emalı komplekslərindən biri olan Həbşanda ABŞ-nin "ExxonMobil" və "Chevron"a hücum həyata keçirilib:

"BƏƏ-nin Ər-Rüveys bölgəsində yerləşən, ABŞ silahlı qüvvələri üçün yanacaq və İsrail üçün hərbi məhsullar istehsal edən Amerikanın neft-kimya zavodu raketlə hədəf alınıb və orada genişmiqyaslı yanğın baş verib".

SEPAH-dan bildirilib ki, ABŞ-nin Bəhreynin Sitrə adasındakı neft-kimya müəssisəsinə PUA hücumu təşkil olunub və qeyd olunan müəssisədə yanğın qeydə alınıb. "ABŞ-nin Küveytin Əş-Şueyba liman şəhərindəki neft-kimya obyektlərinə hücumdan sonra kompleksin fəaliyyəti dayandırılıb", - məlumatda vurğulanıb:

"Mülki hədəflərə hücum təkrarlanarsa, bu əməliyyatın ikinci mərhələsi daha sarsıdıcı və daha miqyaslı olacaq".

"Cebheinfo.az"

Избранный
5
3
cebheinfo.az

4Источники