Bir vaxtlar şəbəkə restoranları ilə tanınan aşpaz Nusret Gökçe yenidən diqqət mərkəzinə düşüb.
Bu dəfə o, Kapadokyada açdığı yeni restoranında görüntülənib.
Nusret Gökçe son dövrlərdə əvvəlki qədər gündəmdə deyildi. Bəzi filiallarının bağlanmasına baxmayaraq, o, Kapadokyadakı yeni məkanında müştərilərlə yaxından maraqlanaraq yeməkləri şəxsən təqdim etməsi ilə diqqət çəkib.

Onun xidmət etdiyi anların əks olunduğu görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb. İzləyicilər isə bu vəziyyəti onun şöhrətli dövrləri ilə müqayisə edərək “Haradan haraya” kimi şərhlər yazıblar.