"Football-plus.az" xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Klubun mətbuat xidmətinə açıqlama verən Bağırov bu gün Misli premyer-liqasının 26-cı turu çərçivəsində qarşılaşacaqları "Qəbələ" ilə görüşü haqda da danışıb:
"Zaman göstərəcək ki, komanda “Qəbələ” ilə oyuna necə hazırlaşıb. Çünki yekunda əsas olan nəticədir və ümid edirəm ki, bu nəticə “Kəpəz”in xeyrinə olacaq. Çünki komandada yüksək əhval-ruhiyyə var. Özümüzə çox inanırıq. Bilirik ki, bu 2 həftəlik ara “Kəpəz”in xeyrinə olacaq”.