RU

Qusarda sel 27 yaşlı şəxsi apardı

QUSAR, 5 aprel. TELEQRAF

Qusar rayonunda bədbəxt hadisə baş verib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Gündüzqala kəndi ərazisindən keçən Quru çayda qeydə alınıb.

Belə ki, kənd sakini, 27 yaşlı Faiq Fərid oğlu Rəsulovu qəfil yaranan sel suları aparıb.

İlkin məlumata əsasən, son günlər müşahidə olunan yağıntılı hava şəraiti nəticəsində çayda suyun səviyyəsi kəskin artıb və bu da faciəyə səbəb olub.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Hazırda ərazidə axtarış-xilasetmə tədbirlərinin aparıldığı bildirilir.
Faktla bağlı araşdırma davam edir.

Избранный
31
2
teleqraf.com

4Источники