Əldə etdiyimiz məlumata görə subasmaya səbəb uzun illər öncə Xətai rayonu Rəşid Bağırov 36/12b ünvanında kollektorun üzərində tikilən 2 mərtəbəli ev olub.
Milli.Az-ın məlumatına görə, kollektorun üzərində tikilmiş evin xəttin üzərinə çökməsi nəticəsində borunun bir hissəsinin tutulması ilə yağış sularının kənarlaşdırılması problemi yaranıb.
Mütəxəssislərin rəyinə görə gələcəkdə belə halların digər ərazilərdə də təkrarlanmaması üçün qanunsuz inşa edilmiş evin təcili sökülərək xəttin bərpa edilməsi zəruridir.
Milli.Az