RU

Rus kimi qadındır Bir “Heç” barədə KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Binamızda bir qadın vardı. Anam onun haqqında söz düşəndə deyirdi, “rus kimi qadındır”.

Daha dərinliyə getmirdik. Bu cümlə, özü hər şeyi ifadə edirdi…

Bayaq qarşıma bir video çıxdı. Kiçik səhnədə Azərbaycan “q”adını. O heç…O elə hər mənada “HEÇ”!

Mənim gözüm rəqs edənlər arasında oğul axtardı. Azərbaycan oğlu!

Atalar sözündə deyildiyi kimi, bir ölkədə kişilərin sayı azalmasaydı, “q” adınlarının sayı çoxalmazdı!

Orada bir nəfər də olsun Azərbaycan oğlu olsa idi, həmin “mənzərə” olmazdı!

Və nəhayət, bu kimi görüntülər şəbəkələrdə yayınlanıb gələcək nəsillərimiz olan uşaqlarımızın, yeniyetmələrimizin gözündə normallaşdırılmazdı!

“Azərbaycanlaşdırılmazdı”!!!

Üçüncü kursda oxuyurdum. Bərk xəstələnmişdim. Dərsə gedə bilmirdim.

Qrupumuzda Sumqayıtdan cəmi 3 nəfər idik. Mən və iki oğlan(Elşən və Seymur).

Elşənlə Seymur dərslərdən geri qalmayım deyə, sağ olsunlar, mühazirə dəftərlərini evimizə gətirirdilər. Sonra gəlmədilər. Səbəbini anlamadım.

Universiteti bitirdik. Bir gün Elşən dedi, Günel, sənə bir söz deyəcəm, amma hirslənmə

Son dəfə sizə gələndə, qardaşın “blok”da qabağımızı kəsdi, dedi, sizi bir də bu qapıda görməyim!!!

Hirslənmə nədir? Qıpqırmızı oldum.

Qardaşımla aramızda 4 yaş fərq olsa da, elə bil, 40 yaş böyükdür məndən. Elə indi də “ailəmdən”çox ondan çəkinirəm

Aramızdakı pərdə və hörmətdən dolayı özünə heç nə deyə bilmədim. Gəldim düşdüm yazıq anamın canına. Dedim, oğlun məni uşaqların yanında biabır edib. Camaatın mənə borcu yox idi, tələbə yoldaşlarıma sağ ol demək yerinə gör, nə edib?!

İndi bilirsinizmi, O qardaşa necə minnətdaram? İndi bilirsinizmi belə mühafizəkar ailədə böyüdüyüm üçün Allaha necə təşəkkür edirəm?

Əziz oxucum! Əziz Azərbaycan qadını, kaş biləydin, səni qoruyan , bu gün səni qoruduğu üçün bəlkə də qınayıb hirsləndiyin, bezdiyin kişi (atan, qardaşın, oğlun, yoldaşın) sənin üçün necə böyük nemətdir. Qoruyun onları! Sayları məhduddur!

Deyəcəksiniz, qadın it deyil yiyəsi olsun. Bəli, qadın it deyil! Qadın qadındır. Və elə qadın olduğu üçün hər zaman mühafizə olunmağa ehtiyacı var. Allah bizi belə yaradıb. Təbiətin qanununu dəyişəcəksininiz?

Dəyişdiniz dəəə. Hər kəsin şəxsi həyatıdır, özü bilər, deyə-deyə el birliyi ilə dəyişdiniz…

Təbrik edirəm!

“Rus kimi qadın”dır ifadəsi yoxdur, artıq.

Ərəbləri axın-axın gözəlim vətənimə cəlb edən, sayı artıq yığıb-yığışdırılması mümkün olmayacaq qədər artan, “öz q”adınlarımız var.

Əvvəllər abırsızdır, dediyimiz, abır-həya bilmədən hər yerdə at kimi kişnəyib hay-küylə danışan, gülən, oturuşunu bilməyən qadınlara indi, “komplekssiz”dir deyirik-TƏBRİKLƏR!

Bütün ailə məhrəmlərini, sirlərini yaxın-yad bilmədən aləmə car çəkənlərə, özünün və başqalarının qırmızı xəttinə hörmət etməyənlərə daha ağılsız, yüngül, səviyyəsiz demirik, “içi-çölü birdir”, deyirik. TƏBRİKLƏR!

“Q”adınlarımızı qınamırıq. İctimai qınaq kimi bəlkə də ən dəyərli milli-mental ənənəmizi məhv etmişik!

Ömrümüzdə bir dəfə də olsun “Qurani Kərim”i açıb oxumasaq da nədənsə “q”lardan mövzu düşən kimi hamımız mömünləşirik, qınama, qınadığını yaşayarsan, hədisini misal gətirib mömünləşirik. Təbriklər!!!

Siyahını çox uzatmaq olar. Xülasə, yuxarıda qeyd etdiyim “HEÇ” lər hər dövrdə olub. Amma gəlin, etiraf edək ki, hazırki “SAY” həyəcan təbilidir!

Batırıq, MİLLƏT!!!

Günel Balakişi

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
50
konkret.az

10Источники