RU

Tramp İranda vurulan hərbi təyyarənin ikinci ekipaj üzvünün xilas edildiyini təsdiqləyib YENİLƏNİB

ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp İranda vurulan F-15E qırıcısının ikinci ekipaj üzvünün uğurla xilas edildiyini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə o, "Truth Social" hesabında yazıb.

“Biz onu xilas etdik! ABŞ Silahlı Qüvvələri son saatlarda tariximizin ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini həyata keçirdi. Mən böyük məmnuniyyətlə bildirirəm ki, o sağdır”, – deyə Tramp qeyd edib.

ABŞ lideri əlavə edib ki, pilot yaralansa da, onun vəziyyəti stabildir və tezliklə sağalacağı gözlənilir.

***

08:12

ABŞ xüsusi təyinatlı qüvvələri axtarış-xilasetmə əməliyyatı zamanı İranda vurulan F-15 qırıcısının ikinci ekipaj üzvünü xilas edib.

Bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Əməliyyat ABŞ aviasiyasının dəstəyi ilə həyata keçirilib.

ABŞ qüvvələri əməliyyatdan sonra ərazidən çıxarılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
2
icma.az

5Источники