ABŞ prezidenti Donald Tramp İranda vurulan F-15E qırıcısının ikinci ekipaj üzvünün uğurla xilas edildiyini təsdiqləyib.
Bu barədə o, "Truth Social" hesabında yazıb.
“Biz onu xilas etdik! ABŞ Silahlı Qüvvələri son saatlarda tariximizin ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini həyata keçirdi. Mən böyük məmnuniyyətlə bildirirəm ki, o sağdır”, – deyə Tramp qeyd edib.
ABŞ lideri əlavə edib ki, pilot yaralansa da, onun vəziyyəti stabildir və tezliklə sağalacağı gözlənilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta