RU

Türkiyənin ABŞ-a tekstil ixracı xeyli artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Orxan Qədirzadə

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən ABŞ-a tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq, 144 milyon 132 min 91 dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin mart ayında ABŞ-a tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20 faiz azalaraq, 54 milyon 175 min 70 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz azalaraq, 748 milyon 506 min dollara bərabər olub.

2026-cı ilin yanvar-mart aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azalaraq, 1 milyard 760 milyon 517 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 9 milyard 222 milyon 417 min dollar məbləğində tekstil məhsulları ixrac edib.

Избранный
22
32
turkic.world

10Источники