AZ

Türkiyənin polad ixracı cari ilin mart ayında cüzi artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Orxan Qədirzadə

2026-cı ilin mart ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artaraq, 1 milyard 552 milyon 765 min dollara bərabər olub.

Bu barədə TurkicWorld- ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2026-cı ilin yanvar-mart aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 3 milyard 820 milyon 541 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 16 milyard 334 milyon 855 min dollar məbləğində polad ixrac edib.

Seçilən
39
40
turkic.world

10Mənbələr